Demir Ege “Beşiktaş”a dönüb

Tarix: 19:02 11.06.2025
“Beşiktaş”da yeni mövsüm öncəsi heyət planlaşdırması sürətlənərkən, gənc futbolçu Demir Ege Tıknazın durumu da dəqiqləşib.
Ötən mövsümü “Rio Ave”də icarə əsasında keçirən 20 yaşlı oyunçu "Beşiktaş"a qayıtdı. “Portekiz” klubu Demir Egenin 5 milyon avroluq satınalma opsiyasından yararlanmadı.
Gənc oyunçuya “Avropa” klublarından maraq var. Şotlandiyadan “Celtic”, Belçikadan “Anderlecht” və İsveçrədən “Basel” – Demir Egeni heyətinə qatmaq istəyən komandalar sırasındadır. 20 yaşlı futbolçunu yaxından izləyən bu 3 klubun yaxın günlərdə “Beşiktaş” ilə rəsmi təmas quracağı gözlənilir.
Ötən mövsüm Portuqaliya Liqasında 28 oyunda iştirak edən Demir Ege Tıknaz 4 qol vurub, 2 məhsuldar ötürmə edib. 20 yaşlı futbolçu Meksika ilə oyunda isə “Milli Komanda” forması ilə ilk dəfə meydana çıxıb. Matçın son hissəsində şans qazanan Demir Ege 90% dəqiq ötürmə və 100% ikili mübarizə qazanma göstəricisi ilə oynayıb.
Mənbə: TRT Haber
Nigar Həsənzadə