ABŞ və Çin əl sıxışıb! Tramp elan edib: Gömrük rüsumu razılaşması

Tarix: 14:35 12.06.2025
ABŞ ilə Çin arasında uzun müddətdir davam edən ticarət gərginliyi yeni bir mərhələyə keçib. İki ölkə gömrük rüsumları ilə bağlı razılaşmaya gəldiklərini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp sosial media hesabında paylaşdığı açıqlamada razılaşmanın tamamlandığını bildirib.
Tramp paylaşımında “Çinlə razılaşmamız tamamlandı, bu razılaşma Prezident Si və mənim yekun təsdiqimə tabedir” ifadələrinə yer verib.
Razılaşmaya əsasən, ABŞ Çindən idxal olunan məhsullara 55 faiz gömrük rüsumu tətbiq edəcək. Çin isə ABŞ-dən gətirilən məhsullara 10 faiz vergi tətbiq edəcək.
Tramp açıqlamasında Çinin tam maqnitlər və nadir torpaq elementlərini əvvəlcədən almağı qəbul etdiyini qeyd edib. Bundan əlavə, razılaşmanın bir hissəsi olaraq Çinli tələbələrin ABŞ universitet və kollec imkanlarından istifadə etməyə davam edəcəyi vurğulanıb. “Bu, mənim üçün həmişə müsbət olub” deyən Tramp, iki ölkə arasındakı münasibətlərin “mükəmməl” olduğunu bildirib.
Mənbə: A HABER
Solmaz Muradova