"İran hələ İsrailə qarşı PUA hücumu həyata keçirməyib, cavab yaxın vaxtlarda gözlənilir"-KİV

Tarix: 16:46 13.06.2025
İran İsrailin son hava zərbələrinə cavab olaraq hələlik pilotsuz uçuş aparatları (PUA) göndərməyib.
“İnformator.az”ın məlumatına görə, bu barədə "Fars" agentliyi təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən xəbər verib.
Bildirilir ki, İranın cavab zərbəsi yaxın vaxtlarda həyata keçiriləcək və bu barədə yalnız rəsmi kanallar vasitəsilə məlumat veriləcək.