İsraildən İrana qarşı YENİ HÜCUM dalğası- Şiraz və İsfahan da BOMBALANIB

Tarix: 14:58 13.06.2025
İsrail İranın Şiraz şəhərinə zərbələr endirib.
“İnformator.az” xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri İranın cənubundakı Şiraz şəhərində yerləşən raket istehsalı zavoduna zərbələr endirib.
Eyni zamanda İsfahan şəhəri də İsrail qırıcılarının hücumuna məruz qalıb.
İranın "Nour News" agentliyi ölkənin qərbində yerləşən Qəsri-Şirin və Kəngavər şəhərlərinin də hücuma məruz qaldığını yazıb.