İsrailin vurduğu Natanzdakı nüvə obyektinin peykdən çəkilən görüntüləri yayılıb- YENİLƏNİB

Bölmə: Dünya › ,
Tarix: 15:07 13.06.2025

İsrailin bu gün həyata keçirdiyi hücum nəticəsində Təbrizdə beş nəfər həyatını itirib.

 

“İnformator.az”ın "Mehr" agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə vilayətin Fövqəladə Halların İdarə Olunması Baş İdarəsinin rəhbəri Məcid Fərşi xəbər verib.

 

Onun sözlərinə görə, hücum zamanı daha 12 nəfər yaralanıb.

 

 

İsrail qırıcılarının hücumundan sonra İranın Natanzdakı nüvə obyektinin peykdən çəkilmiş görüntüləri yayılıb.

 

"İnformator.az" bu barədə İsrail KİV-ə istinadən məlumat yayıb.


Çəkilən peyk görüntülərində İranın Natanz şəhərindəki uranın zənginləşdirilməsi obyektinə ziyan dəydiyi görünür.