RTÜK sədri Şahindən yayımlara İsrail-İran xəbərdarlığı!

Tarix: 23:14 14.06.2025
Radyo və Televiziya Üst Qurumu (RTÜK) sədri Ebubekir Şahin, İsrailin İrana qarşı hücumlarından sonra media qurumlarını məsuliyyətli olmağa çağırıb. Şahin bəzi media platformalarında dezinformasiya xarakterli, cəmiyyəti bölən və nifrət dolu ifadələrin artdığını bildirərək yayımlara açıq xəbərdarlıq edib.
RTÜK sədri sosial media hesabında verdiyi açıqlamada, xüsusilə məzhəb əsaslı ifadələrin yayımlarda yer almasının qəbuledilməz olduğunu vurğulayıb.
“İsrailin İrana hücumundan sonra, xüsusilə sosial media başda olmaqla bəzi media platformalarında dezinformasiya yayan və cəmiyyəti bölən ifadələrin sürətlə artdığını təəssüf hissi ilə izləyirik. Bəzi yayımçıların məzhəb əsaslı ifadələrlə İslamın mahiyyətinə zidd, nifrət dolu şərhlərə yer verməsi mətbuat azadlığı deyil; bu, cəmiyyətin sabitliyinə təhdiddir.”
A haber
Asiman Vəliyeva