Ağstafada piyadanı maşın vurub

Tarix: 23:18 14.06.2025
Ağstafa rayonunda, Poylu kənd yolunda piyadanı avtomobil vurub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Rəhman Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.