Trampla Ərdoğan İsrail-İran münaqişəsini müzakirə ediblər

Tarix: 23:39 14.06.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefonda danışıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidentinin adminstrasiyası yayıb.
R.T.Ərdoğan və D.Tramp İsrail-İran münaqişəsini müzakirə ediblər.
Türkiyə liderinin ofisindən bildirilib: "Telefon danışığı zamanı İsrail-İran münaqişəsi, regional və qlobal məsələlər müzakirə olunub. Ərdoğan bildirib ki, Türkiyə İran və İsrail arasındakı gərginliyi yaxından izləyir və davam edən nüvə danışıqlarını mübahisənin həllinin yeganə yolu kimi görür".