İsrail Fordoda nüvə obyektinin ətrafına zərbələr endirib-YENİLƏNİB

Bölmə: Dünya › ,
Tarix: 15:21 23.06.2025

İsrail Müdafiə Nazirliyi Tehranda hökumət binalarına hücumlar təşkil edildiyini açıqlayıb.

 

"İnformator.az"ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

 

Hədəflər arasında Tehranda Fələstin Meydanında qoyulan "İsrailin Məhv Saatı" elektron lövhəsi də olub.

 

Qeyd olunur ki, elektron lövhə 2017-ci ildə qoyulub və onun son tarixi kimi 2040-cı il təyin edilib. İran tərəfi məhz 2040-ci ildə İsrailin bir dövlət kimi mövcud olmayacağını iddia edir.

 

İsrail hərbçiləri İranın Fordo nüvə obyektinin ətrafına zərbələr endirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

 

Bəyanatda qeyd olunur ki, zərbələrin məqsədi bu obyektə çıxış yollarını bağlamaq olub.

 

Bundan əlavə, İranın yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, İran İslam Respublikasının Hava Hücumundan Müdafiə Qüvvələri İsrailə məxsus pilotsuz uçuş aparatını Təbriz şəhərinin səmasında vuraraq məhv edib.