ABŞ-nin İsrail-İran münaqişəsinə müdaxilə etməsində səbəb nədir?

Bölmə: Siyasət › ,
Tarix: 19:28 24.06.2025

"Son açıqlamalar göstərir ki, ilkin razılıq əldə olunub, lakin bu, hərbi əməliyyatların dayanacağını söyləməyə əsas vermir".

 

''İnformator.az'' bildirir ki, bunu İsrail-İran münaqişəsindəki son vəziyyəti Baku TV-yə şərh edərkən Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib.

 

O qeyd edib ki, danışıqlar davam edir və atəşkəs prosesinin baş tutub-tutmayacağı bir neçə saat ərzində bəlli olacaq. Ekspert ABŞ-nin İsrail-İran münaqişəsinə müdaxilə etməsinin səbəbinə də aydınlıq gətirib:

 

"ABŞ-nin İrana zərbə endirməkdə məqsədi İsrailə dəstək olduğunu göstərmək idi. Analitiklərin fikrincə, ABŞ-nin bu addımı atmasının səbəbi əvvəldən götürdüyü öhdəliyi yerinə yetirmək və bundan qurtulmaq idi".