Ərdoğan Qətərə dəstək çağırışı edib

Bölmə: Dünya › ,
Tarix: 23:22 26.06.2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə telefon danışığı aparıb.

 

"İnformator.az" “TRT Haber”ə istinadən xəbər verir ki, ölkə rəhbərləri Türkiyə ilə Qətər arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə ediblər.

 

Danışıqlar zamanı Ərdoğan Qətərin suverenliyini pozan hər cür hücumu pislədiyini bəyan edib. O, Türkiyənin hər zaman Qətər dövlətinin yanında olacağını bildirib.