Putin deyib ki, SSRİ buna görə dağılıb, indi də...

Bölmə: Dünya › ,
Tarix: 10:05 27.06.2025

Yeni silahlanma yarışı Sovet İttifaqının dağılmasına səbəb olduğu kimi Putin rejiminin də dağılmasına səbəb ola bilər.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

 

Onun sözlərinə görə, Kreml Ukraynaya qarşı çox bahalı müharibə aparır və eyni zamanda bütün Qərbi təhdid edir və bununla da onu müdafiə xərclərini artırmağa məcbur edir:

 

"Putin başa düşməlidir ki, o, Brejnevin yolu ilə gedir. O özü də bir dəfə demişdi ki, Sovet İttifaqı silaha çox pul xərclədiyi üçün dağılıb, indi də bunu edir. Bu rejim üçün də eyni nəticə olacaq, amma daha sürətli".