Rusiya və İran arasında hava əlaqəsi bərpa edilib

Bölmə: Dünya › ,
Tarix: 15:14 27.06.2025

İranın ən böyük özəl aviaşirkəti olan “Mahan Air” Məşhəddən Moskvaya uçuş həyata keçirib, təyyarə səhər saatlarında Şeremetyevo hava limanına eniş edib.

 

Bu barədə "İnformator.az" TASS-a istinadən məlumat verir.

 

Xatırladaq ki, ölkələr arasında uçuşlar iyunun 13-də dayandırılıb. İran İsrailin aviazərbələrindən sonra öz hava məkanını bağlayıb.


“Rosaviasiya” Rusiya aviaşirkətlərinə iyunun 26-na qədər İsrail, İordaniya, İraq və İranın hava məkanında uçuşlar həyata keçirməyi qadağan edimişdi.