Bakı-Qəbələ marşrutu üzrə əlavə reyslər təşkil edilir

Tarix: 18:49 28.06.2025
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək.
"İnformator.az" xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
ADY sərnişin tələbatını təmin etmək məqsədilə 3 və 4 iyul tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri təşkil edəcək:
- 3 iyul, saat 07:30 - Bakı-Qəbələ
- 4 iyul, saat 19:00 - Qəbələ-Bakı