Neftin bahalaşması ölkə iqtisadiyyatına təkan verəcək

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:21 16.07.2025

Neft qiyməti, dünyanın iki ən böyük istehlakçısı olan ABŞ və Çində tələbin artacağı gözləntiləri fonunda yüksəlib. “Brent” markalı neftin fyuçersləri 13 sent və ya 0,2% artaraq barel üçün 68,84 dollar olub.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, bu artım mövsüm xarakteri daşıyır:

 

“ABŞ-də yay tətilləri ilə əlaqədar yanacağa artan tələbat fonunda müşahidə edilir. Növbəti aylar üzrə neft fyuçers müqavilələrinin qiyməti yaxın ayların qiymətindən daha aşağıdır. Bu da tələbatın həmin aylarda daha aşağı olacağına işarə edir. ABŞ və Çin dünyanın ən iri iki iqtisadiyyatıdır və iki ölkənin birlikdə tələbatı 35%-dən çoxdur. Bu ölkələrdə neftə tələbatının artması qara qızılın dünya qiymətlərinə müsbət təsir edəcəkdir. Nəzərə alsaq ki, ölkəmizin ixracının 90%-dən çox hissəsi, büdcə gəlirlərinin isə təxminən yarısı neft-qaz sektorunun payına düşür. Neft qiymətlərinin artımı ixrac və büdcənin artmasına müsbət təsir etməlidir”.

 

Nuray Əliyeva