Suriyanın İdlib şəhərində güclü partlayış:-6 ölü, 8 yaralı

Bölmə: Dünya › ,
Tarix: 23:26 14.08.2025

Suriyanın şimal-qərbində, İdlib şəhərinin yaxınlığında sursat anbarında baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.


"İnformator.az" xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

 

Ölkənin fövqəladə hallar naziri Raed əl-Saleh X hesabında bildirib ki, ölənlərdən ikisi uşaqdır.


Partlayışın səbəbi açıqlanmayıb.