1291-ci gün
Rusiya müharibənin 1291-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
"İnformator.az"xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb:
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 666 təyyarəsi, 283 helikopteri, 82 040 PUA-sı, 627 zenit-raket kompleksi, 24 973 tank və digər zirehli texnikası, 1 589 reaktiv yaylım atəş sistemi, 29 289 artilleriya və minaatanı, 41 170 xüsusi hərbi avtomobil texnikası məhv edilib”.