15 şübhəli haqqında həbs qərarı çıxarılıb
Fetullahçı Terror Təşkilatının (FETÖ) Xarici İşlər Nazirliyi nəzdindəki gizli strukturu ilə bağlı aparılan araşdırmada 8-i vəzifədə olan 15 şübhəli haqqında həbs qərarı çıxarılıb.
Ankara Respublika Baş Prokurorluğundan verilən açıqlamaya görə, Terror Cinayətləri İstintaq Bürosu FETÖ-nün gizli Xarici Əlaqələr Təşkilatının üzvü olduğu müəyyən edilən şübhəlilər haqqında araşdırmalara başlayıb. Onların təşkilatın gizli rabitə vasitəsi olan ByLock-dan istifadə etdikləri, taksofonlardan və şəhər telefonlarından təkrar zənglərin qeydə alındığı və təşkilata üzv olduqlarını təsdiq edən şahid ifadələri olduğu müəyyən edilib.
Bu çərçivədə Xarici Əlaqələr Təşkilatındakı vəzifələrindən təşkilatla əlaqələrinə görə işdən çıxarılan 6 nəfər, hazırda qurumda çalışan 8 nəfər və hazırda digər qurumlarda çalışan 1 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edilib ki, Terrorla Mübarizə Şöbəsinin qrupları tərəfindən mərkəzi Ankara olan 4 vilayətdə şübhəlilərin tutulması istiqamətində
əməliyyatlar davam edir.
TRT XƏBƏR
Nəzrin Nəsirova