16 İsrail pilotu öldürülüb
12 günlük müharibədən demək olar ki, bir neçə say vaxt keçir.
Məsələ ilə bağlı politoloq Taleh Əliyev "İnformator.az" a açıqlamasında bildirib ki, əgər doğrudan da İsrail tərəfindən bu sayda pilotların öldürülmüş olsaydı, yəqin ki, İsrail mediyası xüsusilə də hələk olanların doğmaları öz övladlarını müharibədə həlak olan qəhrəmanlar kimi təqdim olunmasını çalışardılar:
"Belə bir hadisənin biz şahidi olmadığımız üçün, mən hesab edirəm ki, İran Ali Dini Liderinin hərbi müşavirinin bu açıqlaması gerçəklikdən uzaqdır, daha çox təbliğata yönəlmiş İran ordusunun döyüş ruhunu, döyüş əhval-ruhiyyəsini yüksəltmək üçün olan növbəti bir addımdır.
Açıqlamaya diqqət edərsək, görərik ki, İran tərəfinin atmış olduğu bir neçə raket, 16 pilotun, ölümünə səbəb olmuşdur.
Rəqəmlərin özü də çox mübahisəli və gerçəklikdən uzaqdır. Müharibədə bütün kateqoriyadan olan insanların hələk olması normaldır və heç şübhəsiz ki, bu 12 günlük müharibədə İsrail tərəfindən də həlak olanlar olub, həm hərbi, həm mülkü şəxslər qismində. Amma 16 pilotun öldürülməsi xəbəri isə reallıqdan daha çox daxili təbliğat üçün hesablanmış bir informasiyaya bənzəyir".
Gülcan Salahova
