00:00:00
Yazar
Səadət Əlizadə
21.03.2026 20:26 15 1 dəq oxuma
Dünya

20-dən çox ölkə Hörmüz boğazının təhlükəsizliyi təşəbbüsünü dəstəkləyib

20-dən çox ölkə Hörmüz boğazının təhlükəsizliyi təşəbbüsünü dəstəkləyib

22 ölkə birgə bəyanatda Hörmüz boğazından təhlükəsiz keçidin təmin olunmasına töhfə verməyə hazır olduqlarını bildirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bəyanatda qeyd olunub ki, ölkələr İranın Fars körfəzində mülki ticarət gəmilərinə, mülki infrastruktura, o cümlədən neft-qaz obyektlərinə hücumlarını və Hörmüz boğazını faktiki bloklamasını qətiyyətlə pisləyirlər.

 

Sənədi BƏƏ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Niderland, Yaponiya, Kanada, Cənubi Koreya, Yeni Zelandiya, Danimarka, Latviya, Sloveniya, Estoniya, Norveç, İsveç, Finlandiya, Çexiya, Rumıniya, Bəhreyn, Litva və Avstraliya imzalayıblar.

#təşəbbüsünü #20-dən #təhlükəsizliyi #boğazının #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər