00:00:00
Yazar
Zəhra Həsənova
20.10.2026 08:25 29 1 dəq oxuma
Dünya

Uitkoff Zelenski ilə görüşdən sonra Rusiyaya gedə bilər

Uitkoff Zelenski ilə görüşdən sonra Rusiyaya gedə bilər

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenski ilə Osloda keçirəcəyi görüşdən sonra Rusiyaya səfər etməyi və Prezident Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri Barak Ravid mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, Uitkoff oktyabrın 20-də Zelenski ilə görüşmək üçün Osloya yollanıb. Danışıqlarda Norveçin Baş naziri Yonas Qar Störe, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Avropa İttifaqı və NATO nümayəndələrinin də iştirakı gözlənilir.

Görüşün əsas məqsədi Rusiya ilə sülh danışıqlarının bərpasına zəmin yarada biləcək hərtərəfli təkliflər paketinin razılaşdırılmasıdır.

Mənbələrin bildirdiyinə görə, Uitkoff Oslo görüşündən sonra Moskvaya səfər edərək Ukrayna və Avropa tərəfdaşları ilə birgə hazırlanmış təklifləri Putinlə müzakirə etmək niyyətindədir.

#uitkoff #baki #azərbaycan #xəbər #rusiyaya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər