00:00:00
Yazar
Admin User
21.08.2025 14:32 99 1 dəq oxuma
Dünya

2022-ci ildə İstanbulda razılaşdırılan təhlükəsizlik təminatlarını dəstəkləyirik

2022-ci ildə İstanbulda razılaşdırılan təhlükəsizlik təminatlarını dəstəkləyirik

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 2022-ci ildə İstanbulda keçirilən danışıqlar nəticəsində Ukrayna heyətinin təşəbbüsü ilə üzərində razılığa gəldikləri prinsipləri və təhlükəsizlik təminatlarını dəstəklədiklərini bildirərək, “Həmin prinsiplər, əslində, bölünməzlik, təhlükəsizlik və kollektiv təhlükəsizlik prinsipinə əsaslanır” deyib.


Lavrov Moskvada Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşdükdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.


Rusiya–Ukrayna müharibəsinin 2022-ci ildə başladığı günlərdə əvvəlcə Belarusda, sonra isə İstanbulda tərəflərin həyata keçirdiyi birbaşa danışıqları xatırladan Lavrov, bu danışıqların münaqişənin əsas səbəblərinin aradan qaldırılmasına yönəldiyini vurğulayıb.


O vaxt Kiyevin təqdim etdiyi sonradan həm Ukrayna, həm də Rusiya nümayəndə heyətlərinin parafladığı və həllə dair prinsiplərin layihəsini əhatə edən bir sənədin ortaya çıxdığını xatırladan Lavrov bunları deyib:


“Bu layihədə münaqişədən sonrakı dövrdə təhlükəsizliyin təmin olunması üçün əsas prinsiplər artıq mövcud idi və bu təhlükəsizliyin dürüst və kollektiv şəkildə təmin edilməsindən bəhs olunurdu. Əvvəlcə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri, Almaniya və Türkiyənin də daxil olduğu zəmanətçi ölkələr qrupu yaradılacaqdı. Bu zəmanətçi ölkələrin siyahısı qoşulmaq istəyən bütün ölkələr üçün açıq olacaqdı. Həmin ölkələr Ukraynanın təhlükəsizliyini təmin edəcəkdilər”.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər