00:00:00
Yazar
Admin User
27.07.2023 08:51 479 3 dəq oxuma
Dünya

2024-cü il olimpiadası Fransada keçirilməyə bilər

2024-cü il olimpiadası Fransada keçirilməyə bilər

Hər zaman insan haqqlarından danışan Fransada son zamanlar insan hüquqları dünyanın gözü önündə tapdalanır. Bu isə gələcəkdə Fransada keçiriləcək olimpiya oyunlarında idmançıların həyatını təhlükəyə atır. Bununla bağlı Azərbaycan İnsan hüquqları klubu artıq petisiya başladıb. Maraqlısı isə odur ki digər ölkələrdə bununla həmfikirdir. Bəs gedən bu proseslər Fransada olimpiyadanın ləğv edilməsinə gətirib çıxarda bilərmi?


“Bakı İnsan Hüquqları Klubu” İctimai Birliyinin başlatdığı petisiyanın səbəbi məlumdur - hər keçən gün rəsmi Parisin siyasətinin mahiyyətinin ifşa edilməsi. Əslində günümüzdə Fransada insan hüquqlarrının tapdalanması ilə bağlı son mənzərə 27 iyunda Fransanın Nanter şəhərində heç bir ciddi təhlükə və ya ehtiyac olmadan 17 yaşlı Əlcəzair əsilli gəncin polis tərəfindən öldürülməsi ilə başlayıb. Bu proses demək olar ki, Fransada kütləvi böhrana səbəb olub. Hazırda hadisə bir il sonra Parisdə Olimpiya Oyunlarında iştirak etməli olan müxtəlif irqlərdən və fərqli dini inanclardan ibarət idmançıların və nümayəndə heyətlərinin təhlükəsizliyi məsələsini önə çıxardıb. Bununla paralel müsyolarda İnsan hüquqları və ayrı-seçkiliklə bağlı bir çox başqa hallarda yaşanır.


Siyasi şərhçi Yeganə Hacıyevanın sözlərinə görə, dünyaya daim insan hüquqlarından danışan Fransa indi insan hüquqlarının ayaqlar altına atıldığı bir məkana çevrilib. Bütün bunları nəzərə alaraq oyunun keçirilməsi təhlükəsizlik baxımından etibarlı hesab edilmir. “Məsələ ondadır ki, istənilən olimpiyada həm də mövcud hakimiyyəti legitimləşdirir, dünyada tanıdır. Belə çıxır ki, Fransa daxildə diskrimasiya edir, insanların haqqını pozur, qonşulara münasibətdə aqresiv yanaşır. Daxildə etnik qruplara qarşı şiddət və yaxud da separatizmə qarşı çox ciddi tərzdə fəaliyyət göstərir, amma paralel olaraq özünü də bir hakimiyyətin legitimləşdirməyə çalışır. Fransanın dünyada bir sülh və ölkə kimi göstərməyə çalışır”.


Azərbaycanın başlatdığı bu petisiya fonunda əslində oyunun Fransada keçirilməsinə qarşı başqa ölkələrdən də narazılıqlar olduğu ortaya çıxıb. Bunun səbəbi əlbəttə ki, əsasən son zamanlar həmin ölkədə insanlarla davranışın əks olunduğu kadrlardır. Amma bununla paralel qlobal narazılığın səbəbi həm də Ukrayna müharibəsi ilə bağlıdır. Belə ki, Rusiya və Belarus idmançılarının Olimpiya Oyunlarına buraxılacağı təqdirdə Paris Olimpiadasının 40-a yaxın ölkə tərəfindən boykot edilməsi gözlənilir. Polşa, Litva, Estoniya və Latviyanın Beynəlxalq Olimpiya Komitəsinin Rusiya və Belarus idmançılarının 2024-cü ildə yarışmasına icazə vermə planını qəbul etmir. Elə Ukraynanın özü də bu kontekstdə açıqlama vererərək məsələyə etiraz etdiklərini bəyan edib.


Siyasi şərhçi Əlimusa İbrahimovun sözlərinə görə, petisiyanı başlayan ictimai birlik təkcə Azərbaycanda deyil, qonşu yaxın ölkələrdə, Fransa ilə münasibətləri olmayan ölkələrdə Fransanın həm Avropa daxilində, həm Avropa xaricində apardığı siyasəti bəyənməyən ölkələrdə bu petisiyanı aparır: “Hesab edirəm ki, Türkiyə Qazaxıstan və digər ərəb ölkələrində, o cümlədən Fransa koloniyasında Fransanın onlara zülüm çəkdirdiyi ölkələrdə bu petisiya inkişaf edəcək və bu müəyyən nəticələr verəcək”.


Məsələyə ABŞ da reaksiya verib. Rəsmi Vaşinqton Baltikyanı ölkələr və Polşanın qadağan çağırışını dəstəkləyib. Ağ Evin mətbuat katibi həmçinin onu da vurğulayıb ki, Rusiya və Belarusun idman idarəedici orqanlarının beynəlxalq idman təşkilatlarından çıxarılmasını dəstəklədiyini, həmçinin təşkilatları hər iki ölkəyə yayımı dayandırmağa təşviq etdiyini bildirib. Olimpiya xartiyasına görə, Olimpizmin əsas məqsədi insan ləyaqətinin qorunmasına qayğı göstərən dinc bir cəmiyyət qurmaqdır. Son mənzərədə isə bu hədəfin 2024-cü ilin iyul ayında Parisdə keçiriləcək Olimpiya oyunları ərəfəsində əldə ediləcəyi isə yaşanan son çaxnaşmalardan sonra çox şübhəlidir. Buna görə də proses belə davam edərsə, 2024-cü ildə olimpiyada Fransada keçirilməyə bilər.

Fidan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər