00:00:00
Yazar
Admin User
01.08.2023 13:48 275 2 dəq oxuma
Dünya

2028-ci ildə iqlim fəalkəti ola bilər - XƏBƏRDARLIQ

2028-ci ildə iqlim fəalkəti ola bilər - XƏBƏRDARLIQ

"Science Direct" nəşrinin yayımladığı müxtəlif tipli tədqiqatın nəticələrinə görə, 5 ildən sonra dünyada iqlim fəlakəti başlaya bilər.

 

İnformator.az xəbər verir ki, İsveçrə Pol Şerrer İnstitutunun bir qrup alimi ABŞ, Çin, İrlandiya, Finlandiya və İsveçdən olan həmkarları ilə birlikdə superkompüterdə iqlim simulyasiyası aparıblar. "Science Direct" elmi informasiya platformasının saytında dərc olunan tədqiqatın nəticələrinə görə, Yer kürəsində iqlim fəlakətinin baş verməsi mümkündür. Təbiət hadisələrini 2100-cü ilə qədər mümkün inkişafını nəzərə alaraq dünyanın 15 regionu üçün 4 min ssenari hazırlanıb. Sonda ssenarilərin 70%-ə yaxını beş ildə dünyanın 1,5 dərəcə qlobal istiləşmə həddini keçəcəyini proqnozlaşdırır.

 

Alimlərin fikrincə, tədqiqat iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyət planlarının hazırlanması üçün ideya ola bilər. Son olaraq "Guardian" nəşrinin yayımladığı məqaləyə əsasən, hazırda dünyada baş verən iqlim dəyişikliyinin əsas səbəbi atmosferə buraxılan karbon qazının çoxluğudur. Karbon qazı kütləsinin azaldılması üçün isə benzin, neft, qaz və kömür kimi maddələrin istifadəsi minimuma endirilməlidir. Alimlər qeyd edirlər ki, dövlətlər enerji əldə etmək üçün nüvə elektrik stansiyalarından tamamilə imtina etməli və yaşıl enerjiyə keçid etməlidirlər. Yalnız bu halda baş verə biləcək iqlim fəlakətinin qarşısını almaq mümkündür.


Qeyd edək ki, dünyanın benzin, neft, nüvə enerjisi və digər maddələrdən enerji əldə edilməsi prosesindən tədricən imtina etməsi heç də asan məsələ deyil. Belə ki, 2000-ci illərin əvvəlində 6 milyard olan dünya əhalisinin sayı bu gün 8 milyarda çatıb. Hətta son hesablamalara görə dünya əhalisinin sayı 2050-ci ilə qədər 10 milyarda çata bilər. İnsanların bu qədər sürətlə artdığı bir zamanda dünyanın sadəcə yaşıl enerjidən istifadə etməsi hələlik mümkün deyil.

Cavid

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər