24 saatda 5 ölkəni vuran İsraildən yeni hücum
Suriya, Tunis, Qətər, Livan və Yəmənə bomba yağdıran İsrail növbəti hücuma keçib. Husilərin pilotsuz təyyarələrin Ramon hava limanına hücumuna cavab olaraq İsrail ordusu Yəmənin paytaxtı Sənanı bombalayıb. İsrailin Müdafiə Nazirliyini hədəfə aldığı zərbə nəticəsində 9 nəfər ölüb, 118 nəfər yaralanıb.
İsrail dünəndən etibarən 24 saat ərzində 5 fərqli ölkədə başlatdığı hücumlarla diqqət çəkib. Suriya, Tunis, Qətər, Livan və açıq dənizlər hədəf alınan ərazilər arasında idi. Hücumlarını bu gün də davam etdirən İsrail Yəmənin paytaxtı Sənada Müdafiə Nazirliyinin binasını bombalayıb. Yayılan görüntülərdə ərazidən tüstünün qalxdığı görünür.
İlk zərbə Suriyaya olub, İsrail Homsdakı hava hücumundan müdafiə bölməsinə, Latakiyadakı raket və sursat anbarlarına, Palmiradakı radar bölmələrinə zərbələr endirib. Təl-Əviv hökuməti qurudan hücumlara hazırlaşarkən Qəzzada bir çoxu köçkün fələstinlilərə sığınacaq verən hündürmərtəbəli binaları sökmək üçün hava hücumlarından istifadə edib. İsrailin aviazərbələri Qəzzada simvolik abidələr olan çoxsaylı hündürmərtəbəli binaları dağıdıb. Fələstin mənbələrinin məlumatına görə, hücumlar nəticəsində bir neçə gün ərzində 4000-dən çox insan evsiz qalıb.
Haberler
Banuçiçək Qurbanova