00:00:00
Yazar
Admin User
05.06.2025 12:21 196 1 dəq oxuma
Dünya

3000-dən çox avtomobil daşıyan gəmidə yanğın

3000-dən çox avtomobil daşıyan gəmidə yanğın

ABŞ-ın Alyaska ştatı sahillərində, içində 800-ü elektrikli olmaqla 3000-dən çox avtomobil olan yük gəmisində yanğın baş verib.


ABŞ-ın Alyaska ştatına bağlı Anchorage şəhərindən təxminən 1200 mil məsafədə yerləşən “Morning Midas” adlı gəminin göyərtəsində dünən günorta saatlarında yanğın baş verdiyi bildirilib. İçində 800-ü elektrikli olmaqla 3000-dən çox avtomobil olan yük gəmisində çıxan yanğının artıq 24 saatdan çoxdur davam etdiyi qeyd olunub.


ABŞ Sahil Mühafizəsi, avtomobillərdə olan litium-ion batareyalarının partlaya biləcəyi səbəbilə yanğının sönməsinə dərhal müdaxilə etməyəcəklərini açıqlayıb. Bildirilib ki, gəmidəki heyət üzvləri xilasetmə qayığı ilə gəmini tərk edə biliblər.


Mənbə: A HABER
Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər