00:00:00
Yazar
Admin User
03.07.2025 16:46 81 1 dəq oxuma
Dünya

4 yaralı Qəzzadan Türkiyəyə gətirilib

4 yaralı Qəzzadan Türkiyəyə gətirilib

 

İsrailin Qəzzaya hücumlarından sonra müalicə almaqda çətinlik çəkən 4 yaralı və onları müşayiət edən 7 nəfər Türkiyəyə gətirilib.

Qəzzadan çıxarılaraq əvvəlcə İordaniyaya aparılan yaralılar Amman Kraliça Aliyə Beynəlxalq Hava Limanından Türk Hava Yollarına məxsus xüsusi təyyarə ilə yola salınıb. Təyyarə ilk olaraq İstanbul hava limanında eniş edib, ardından xəstələrin və yoldaşlarının Ankara Esenboğa Hava Limanına çatdırılması təmin olunub.

Hava limanında hazır vəziyyətdə gözləyən təcili tibbi yardım maşınları vasitəsilə xəstələr Ankara Etlik Şəhər Xəstəxanasına aparılıb. Onların müalicəsinə dərhal başlanılıb.

TRT XƏBƏR
Mahmudlu Ləman

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər