4200 ABŞ əsgəri Venesuelaya hücuma hazırdır
Venesuela Prezidenti bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin mümkün təhdidi fonunda orduya “maksimal hazırlıq” elan edib. Maduro həmçinin Vaşinqtonun nüvə silahına malik olduğunu qeyd edib.
Nikolás Maduro təsdiqləyib ki, diplomatik və hərbi gərginlik fonunda o, “bütün danışıqlar kanallarını açıq saxlayır”, bu gərginlik Venesuela və ABŞ arasında artıq bir neçə həftədir davam edir. Bolivar liderin sözlərinə görə, kanalları ABŞ qüvvələrinin yenidən yerləşdirilməsi bağlayır, hansı ki, bəzi Amerika KİV-ləri təsdiqləyir, bu proses Venesuela sahilləri ətrafında baş verir.
“Venesuelaya qarşı 1200 raket daşıyan səkkiz hərbi gəmi və nüvə sualtı qayıq yönəldilib", – deyə Maduro iddia edir. – “Onlar nəyi ‘maksimal hərbi təzyiq’ adlandırırlarsa, ona keçmək istəyirlər və biz Venesuelanın müdafiəsi üçün maksimal hazırlıq elan etmişik".
Euronews
Fatimə Heydərova