00:00:00
Yazar
Admin User
24.07.2025 12:33 103 2 dəq oxuma
Dünya

5,6 milyard insan risk altındadır

5,6 milyard insan risk altındadır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar vasitəsilə yayılan Çikungunya virusunun qlobal epidemiyaya çevrilə biləcəyi ilə bağlı xəbərdarlıq edərək vaxtında qabaqlayıcı tədbirlərin görülməsinə çağırıb. Bildirilib ki, 5,6 milyard insan risk altındadır və Afrikadan Asiyaya yayılan virus səbəbindən Türkiyə də risk altında olan ölkələr sırasındadır.

 

Alvarez bildirib ki, ağcaqanad vasitəsilə yayılan virus yüksək hərarət, dəri səpgiləri və həftələrlə davam edən şiddətli oynaq ağrılarına səbəb olub. Bəzi xəstələrdə bu ağrılar uzunmüddətli fiziki əlilliklə nəticələnə bilər. O, xəstələrin 40 faizində daimi oynaq problemlərinin müşahidə oluna biləcəyini vurğulayıb.

 

ÜST rəsmisi virusun hazırda Madaqaskar, Somali və Keniyaya doğru yayıldığını bildirib. 2024-cü ildə Hindistanda baş verən epidemiyadan sonra Cənubi Asiyada da yoluxma hallarında artım müşahidə olunub. Şri-Lanka və Banqladeşdə yoluxma halları artarkən, Avropada idxal olunmuş hallarla yanaşı Fransada lokal yoluxma, İtaliyada isə şübhəli infeksiyalar qeydə alınıb.

 

Çikungunya əsasən Aedes aegypti və Aedes albopictus (kaplan ağcaqanadı) adlı yoluxmuş dişi ağcaqanadların sancması ilə yayılıb. Xüsusilə kaplan ağcaqanadı iqlim dəyişikliyi səbəbindən daha şimal enliklərə doğru yayılıb. Bu ağcaqanadlar əsasən səhər tezdən və günorta saatlarının sonunda sancıb. ÜST ictimaiyyəti ağcaqanadqovucu vasitələrdən istifadə etməyə, güldan, vedrə kimi su yığıla biləcək yerləri boş saxlamağa çağırıb.

 

ÜST virusun yayıldığı bölgələrdə ictimai immunitetin zəif olduğunu, buna görə də əhalinin 75 faizinin təsirlənə biləcəyini bildirib. Mütəxəssislər bu vəziyyətin qarşısını almaq üçün təcili müdaxilə planlarının indidən hazırlanmasının vacibliyini vurğulayıblar.

 

Haberler.com

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər