00:00:00
Yazar
Zəhra Həsənova
23.02.2026 19:40 13 2 dəq oxuma
İqtisadiyyat Özəl

"50 milyon manat Azərbaycan üçün çox kiçik rəqəmdir” - İqtisadçı

"50 milyon manat Azərbaycan üçün çox kiçik rəqəmdir” - İqtisadçı

Bu ilin yanvar ayında Azərbaycanda emal sənayesinə 54,4 milyon manat investisiya yatırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. 
 

Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, investisiya iqtisadi inkişaf baxımından mühüm indikator hesab olunur:

 

“İnvestisiyanın artması iqtisadiyyatın rəqabət qabiliyyətini gücləndirir, istehsal imkanlarını genişləndirir və şaxələnmə üçün əsas yaradır. Eyni zamanda, investisiya ümumi daxili məhsulun mühüm komponentidir və onun artımı məşğulluğa da müsbət təsir göstərir. Burada əsas məsələ investisiyanın strukturudur. İnvestisiyanın hansı istiqamətlərə yönəlməsi vacibdir. Ticarət qabiliyyətli sahələrə yatırımlar ixrac imkanlarını genişləndirir, ixracın şaxələnməsinə və iqtisadiyyatın asılılığının azalmasına şərait yaradır. Yanvar ayında emal sənayesinə yatırılan 54 milyon manatlıq investisiya əvvəlki illə müqayisədə 2,6 dəfə artsa da, məbləğ kifayət qədər böyük deyil. Bu artım baza göstəricisinin aşağı olması ilə bağlıdır. Azərbaycan kimi böyük potensiala malik iqtisadiyyat üçün 50 milyon manat çox kiçik rəqəmdir. Bu məbləğ daha çox hansısa müəssisənin yenidən qurulmasına yetə bilər”.

 

Ekspert hesab edir ki, mövcud resurslar fonunda investisiya həcmi qənaətbəxş deyil: 

 

“Ölkənin gəlir tələsindən çıxması, rəqabət qabiliyyətinin gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün daha ciddi investisiyalara ehtiyac var. İşğaldan azad edilmən ərazilərin potensialı da nəzərə alınmalıdır. Bu ərazilərdə böyük potensial mövcuddur, dövlət təşviq mexanizmləri tətbiq edir, infrastruktur sıfırdan qurulur. Lakin emal sənayesinə yönələn investisiyaların həcmi bu potensialı tam əks etdirmir. Gələcəkdə iqtisadiyyatda dominantlıq özəl sektora ötürülməlidir. Dövlət iqtisadi fəaliyyətdən mərhələli şəkildə çəkilməli, əsasən infrastrukturun qurulması və əlverişli biznes mühitinin yaradılmasına fokuslanmalıdır. Qeyri-neft sektorunun artım tempi də gözləntilərdən aşağıdır. Mövcud potensial nəzərə alınarsa, qeyri-neft iqtisadiyyatı daha yüksək templə -  8-15 faiz aralığında böyüyə bilərdi. Hazırkı göstəricilər isə bu imkanların tam reallaşmadığını göstərir. Bütün bunlar hazırda hökumət qarşısında dayanan çağırışlardır və mövcud resurslardan səmərəli istifadə istiqamətində adekvat həll yolları tapılmalıdır”.

 

Fatimə Hüseynli

#kiçik #yeni #azərbaycan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər