700 min dollarlıq qızıl oğurlanıb
Fransanın paytaxtı Parisdəki Milli Təbiət Tarixi Muzeyindən 700 min dollar dəyərində xam qızıl nümunələrinin oğurlandığı bildirilir.
Ötən çərşənbə axşamı Fransanın paytaxtı Parisdəki Milli Təbiət Tarixi Muzeyinin Geologiya və Mineralogiya Qalereyasında oğurluq hadisəsi qeydə alınıb. Səlahiyyətlilər, oğurluğu aşkar edən təhlükəsizlik işçilərinin polisə xəbər verdiyini açıqlanıb. Muzey oğurluğun “tam peşəkar komanda” tərəfindən həyata keçirildiyini və oğruların qızıl nümunələrinin saxlandığı ərazini birbaşa hədəfə aldığını bildirib.
Muzeyin baş direktoru Emmanuel Skoulios, oğurlanmış xam qızılın təxminən 700 min dollar dəyərində olduğunu, lakin elmi araşdırmalar, irs və ictimai işlər baxımından itkilərin "ölçülməz" olduğunu söyləyib "Bu təsadüf deyildi; onlar hara gedəcəklərini dəqiq bilirdilər" dedi Skoulios.
Muzey rəsmiləri oğurluğun baş verdiyi qalereyada təhlükəsizlik tədbirlərinin artırıldığını, lakin qalereyanın növbəti xəbərdarlığa qədər ziyarətçilərə bağlı olacağını açıqlayıb.
Hürriyet
Samirə Allahverdizadə