00:00:00
Yazar
Admin User
30.04.2025 17:26 146 1 dəq oxuma
Dünya

93 milyondan çox avropalı yoxsulluq riski altındadır

93 milyondan çox avropalı yoxsulluq riski altındadır

Ötən il Avropa İttifaqında (Aİ) 93,3 milyon insanın yoxsulluq riski ilə üzləşdiyi bildirilir.

 

Avropa Statistika İdarəsi (Eurostat) 2024-cü ildə Aİ ölkələrində yoxsulluq və sosial təcrid riski altında yaşayanlar haqqında məlumat dərc edib.

 

Məlumatlara görə, keçən il Aİ-də əhalinin 21 faizi yoxsulluq və ya sosial təcrid riski ilə üzləşib.

 

Beləliklə, Aİ ölkələrində ümumilikdə 93,3 milyon insan yoxsulluq həddinin altında yaşayırdı.

 

Yoxsulluq həddinin altında yaşayan insanların nisbətinin ən yüksək olduğu ölkələr 30,3 faizlə Bolqarıstan, yüzdə 27,9 ilə Rumıniya, 26,9 faizlə Yunanıstan, yüzdə 25,8 ilə İspaniya və Litva olub.

 

Yoxsulluğun və ya sosial təcridin ən aşağı olduğu ölkələr 11,3 faizlə Çexiya, 14,4 faizlə Sloveniya, 15,4 faizlə Hollandiya, 16 faizlə Polşa və 16,7 faizlə İrlandiya olub.

 

Yoxsulluq səviyyəsi Almaniyada yüzdə 21,1, Fransada yüzdə 20,5, İtaliyada yüzdə 23,1 olaraq müəyyən edilib.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər