AB-dən bir ilk: Çin şirkətləri də həmin siyahıya daxil edilib
Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəliblər. Aİ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində ilk dəfə olaraq Çin şirkətlərini sanksiya siyahısına əlavə edib.
Aİ Rusiyaya qarşı sanksiyalar çərçivəsində ilk dəfə Çin şirkətlərini siyahıya daxil edib. Paket çərçivəsində sanksiya siyahısına daxil edilən təşkilatlar arasında ilk dəfə olaraq Çin şirkətləri də olub.
Guangzhou Ausay Technology, materik Çində qeydiyyatdan keçmiş Shenzhen Biguang Trading və Yilufa Electronics və Honq-Konq Xüsusi İnzibati Bölgəsində qeydiyyatdan keçmiş RG Solutions, müharibədə Rusiyaya hərbi dəstək verə biləcək ticarət əlaqələrinə görə sanksiyalar siyahısına daxil edilib.
İddia olunur ki, şirkətlər rusiyalı alıcılara Avropada istehsal olunan ikili hərbi və mülki təyinatlı məhsullara çıxış əldə etməyə kömək edib və vasitəçilik ediblər.
Hələlik təfərrüatları açıqlanmayan sanksiyalar paketinin müharibənin başlamasının ikinci ildönümündə, fevralın 24-də təsdiqlənməsi gözlənilir.
Aİ indiyədək Rusiyaya qarşı 12 sanksiya paketini həyata keçirib. Rusiyaya qarşı sanksiyalar ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və dəbdəbəli mallar da daxil olmaqla geniş sahələri əhatə edir.
Vüqar Alışov
