AB-dən İsrailin Avroviziyadan uzaqlaşdırılması tələbi
Avropa İttifaqının 15 ölkəsindən olan 52 Avropa Parlamenti üzvü, Avropa Yayım Birliyinə (EBU) məktub ünvanlayaraq İsrailin 2026-cı il Avroviziya Mahnı Müsabiqəsindən kənarlaşdırılmasını tələb edib. Onlar bildiriblər ki, necə ki, 2022-ci ildə Rusiyaya qarşı eyni addım atıldı, İsrail də Qəzzadakı işğal və soyqırım ittihamlarına görə yarışmadan uzaqlaşdırılmalıdır.
Deputatlar həmçinin vurğulayıblar ki, İsrailin Avroviziyada iştirakına icazə verilməsi Avropa İttifaqının əsas dəyərlərinə ziddir və bunun soyqırımı sanki haqq qazandırmaq kimi görünə biləcəyini qeyd ediblər. Hazırda Beynəlxalq Cinayət Məhkəməsinin İsrailə qarşı müharibə cinayətləri və soyqırımla bağlı araşdırması davam edir.
TRT Haber
Billurə Quliyeva