00:00:00
Yazar
Admin User
12.12.2025 18:09 87 2 dəq oxuma
Dünya

AB e-ticarətdə xaricdən gələn kiçik paketlərdən 3 avro vergi alacaq

AB e-ticarətdə xaricdən gələn kiçik paketlərdən 3 avro vergi alacaq

Avropa İttifaqı ölkələri 1 iyul 2026-cı ildən etibarən xarici ölkələrdən internet vasitəsilə edilən 150 avrodan aşağı sifarişlərdən 3 avro gömrük vergisi tətbiq etməyə qərar verib.

 

AB Şurası üzv ölkələrin maliyyə nazirlərinin Brüsseldə keçirilən görüşündə, Birlik xaricindən idxal edilən kiçik paketlərə dair qərarları açıqlayıb.

 

Açıqlamada bildirilib:

“AB Şurası böyük ölçüdə e-ticarət yolu ilə AB-yə daxil olan və dəyəri 150 avrodan az olan kiçik paketlərə 1 iyul 2026-cı ildən etibarən sabit 3 avro gömrük vergisi tətbiq etməyə qərar verib”.

 

Hazırda kiçik paketlərin AB-yə gömrüksüz daxil olduğu xatırladılan açıqlamada, bunun AB satıcıları üçün ədalətsiz rəqabət, istehlakçılar üçün isə sağlamlıq və təhlükəsizlik riskləri, dələduzluq və ekoloji narahatlıqlara səbəb olduğu vurğulanıb.

 

Açıqlamada yeni gömrük vergisinin AB-yə yönələn bütün e-ticarət axınlarının təxminən 93%-ni əhatə edəcəyi qeyd edilib və belə izah olunub:

 

“Bu faiz AB-yə daxil olan və AB-nin Tek Nöqtədən İdxal Mərkəzi (IOSS) sistemində ƏDV baxımından qeydiyyatdan keçmiş AB xarici satıcıların bütün mallarına tətbiq olunacaq”.

 

Müvəqqəti tədbirin, gömrük vergisi güzəşti həddini tamamilə aradan qaldıracaq daimi həll razılaşması qüvvəyə qədər tətbiq ediləcəyi bildirilib:


“O nöqtədə 150 avrodan aşağı bütün mallar, fərdi məhsullar üçün normal AB tariflərinə uyğun olaraq gömrük vergisinə tabe olacaq”.

 

Açıqlamada yeni tədbirin gömrük islahatı paketi və çoxillik maliyyə çərçivəsi kontekstində qiymətləndirilən “əməliyyat haqqı” tətbiqindən fərqli olduğu qeyd edilib.

 

Hazırda Avropada AB xaricindən edilən 150 avrodan aşağı məhsul sifarişləri gömrük vergisindən azaddır.

 

AB ölkələrinə 2024-cü ildə 150 avrodan aşağı bütün e-ticarət göndərişlərinin 91%-i Çindən həyata keçirilib.

 

AB Komissiyası uzun müddətdir Çin mərkəzli onlayn alış-veriş platformaları Temu və AliExpress, həmçinin Çində qurulan e-ticarət şirkəti Shein vasitəsilə edilən alış-verişlərə yeni vergi tətbiq olunması üzərində işləyirdi.

 

Keçən il AB-yə gömrük vergisi tətbiqindən kənar təxminən 2 milyard paket göndərilib.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər