AB liderinin təyyarəsinə GPS hücumu olub?
Rusiya AB Komissiyasının sədri Ursula Von Der Leyeni daşıyan təyyarəni hədəfə alıb?
Von Der Leyenin təyyarəsi Bolqarıstana uçurdu. O, Plovdiv hava limanına enməli idi. Təyyarənin GPS naviqasiya xidmətləri qeyri-aktiv olduğu halda yerə enməyə məcbur edildiyi iddia edilib. Hadisəni Bolqarıstanın Hava Hərəkətinə Nəzarət Agentliyi də təsdiqləyib.
Avropa İttifaqının sözçüsü Arianna Podesta bu hadisənin Rusiyanın düşmənçilik hərəkətlərinin bir hissəsi olduğunu bildirib.
Podesta, "GPS siqnalının tıxandığını təsdiqləyə bilərik, lakin təyyarə Bolqarıstanda təhlükəsiz yerə enib. Biz Bolqarıstan səlahiyyətlilərindən məlumat aldıq ki, bunun Rusiyanın açıq-aşkar müdaxiləsi nəticəsində baş verdiyindən şübhələnirik. Təbii ki, biz Rusiyanın düşmənçilik davranışının müntəzəm hissəsi olan təhdid və hədə-qorxuların fərqindəyik və biz onlara bir qədər öyrəşmişik. Əlbəttə ki, bu, müdafiə qabiliyyətimizi və Ukranyaya dəstəyimizi artırmaq barəsindəki sarsılmaz qərarlılığımızı daha da artıracaqdır",- dedi.
CNN Türk
Piranə Xasiyeva