00:00:00
Yazar
Admin User
26.09.2025 16:48 85 1 dəq oxuma
Dünya

AB Rusiyaya qarşı “dron səddi” yaradır

AB Rusiyaya qarşı “dron səddi” yaradır

Avropa Birliyi (AB) Rusiyanın hava məkanını pozması və Danimarkada baş verən son dron insidentlərindən sonra pilotsuz uçuş aparatlarına qarşı müdafiə sisteminin yaradılmasını sürətləndirir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə AB-nin müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius deyib.

 

O, AB-yə üzv ölkələrin müdafiə nazirləri ilə videokonfransda konsepsiyanın həyata keçirilməsi barədə razılığın əldə olunduğunu açıqlayıb.

 

Konsepsiya çərçivəsində dronların aşkarlanması, izlənməsi və zərərsizləşdirilməsinə imkan verən ən müasir texnologiyalardan ibarət müdafiə sisteminin yaradılması nəzərdə tutulur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər