00:00:00
Yazar
Admin User
19.08.2025 16:23 89 1 dəq oxuma
Dünya

AB Ukrayna üçün təhlükəsizlik mexanizmi yaratmağın vaxtı gəldiyini bildirib

AB Ukrayna üçün təhlükəsizlik mexanizmi yaratmağın vaxtı gəldiyini bildirib

Avropa Birliyi (AB) liderləri ABŞ ilə keçirilən üçtərəfli görüşdən sonra, ABŞ-nin də iştirak etməsi ilə Ukrayna üçün NATO-nun 5-ci maddəsinə bənzər bir təhlükəsizlik mexanizminin yaradılmasının vacib olduğunu bildiriblər.


AB Şurasının Prezidenti Antonio Costa tərəfindən AB liderləri ilə keçirilən videokonfransdan sonra yayımlanan yazılı açıqlamada 3,5 ili geridə qoyan müharibədən sonra diplomatik səylərin sürət qazandığı bildirilib və Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsi prosesinin irəlilədiyi vurğulanıb.


Açıqlamada ABŞ Prezidenti Donald Trampın bu prosesə qoşulmağı qəbul etməsi “önəmli və məmnunluq doğuran addım” kimi qiymətləndirilib.


“İndi NATO-nun 5-ci maddəsinə bənzər, ABŞ-nin də daxil olacağı güclü bir təhlükəsizlik mexanizmi yaratmaq zamanıdır” ifadəsinə yer verilən açıqlamada Könüllülər Koalisiyasının prosesdə aktiv iştirakının əhəmiyyəti qeyd edildi.


Eyni zamanda, Ukrayna ordusunun Avropanın “ilk müdafiə xətti” olduğu xatırladılaraq, AB-nin Ukraynaya ən çox hərbi və iqtisadi dəstək verən tərəf olduğu və bu dəstəyin artırılacağı bildirilib.


“Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir” mesajı verilən açıqlamada sülh prosesində ilk addım olaraq Rusiyanın zorakılığı dərhal dayandırması lazım olduğu vurğulanıb, əks halda sanksiyaların davam etdiriləcəyinin altı çəkilib.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər