00:00:00
Yazar
Admin User
21.08.2025 14:29 96 2 dəq oxuma
Dünya

AB və ABŞ ticarət razılaşmasının detallarını paylaşıb

AB və ABŞ ticarət razılaşmasının detallarını paylaşıb

ABŞ və Avropa İttifaqı (Aİ) ötən ay üzərində razılığa gəldikləri və Aİ məhsullarına 15 faiz tarif tətbiq edən ticarət razılaşmasının münasibətləri ədalətli, balanslı və qarşılıqlı fayda verən bir müstəviyə daşıyacağını bildirib.


Avropa Komissiyası, ABŞ Prezidenti Donald Trampın 27 iyulda Şotlandiyada Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşündən sonra elan etdiyi ticarət razılaşmasının detalları ilə bağlı Aİ və ABŞ-nin birgə açıqlamasını yayımlayıb.


Açıqlamada çərçivə razılaşmasının ədalətli, balanslı və qarşılıqlı fayda gətirən ticarət və investisiyaya olan bağlılığın konkret göstəricisi olduğuna işarə edildi, bunun Aİ-ABŞ ticarət və investisiya münasibətlərini möhkəm bir təmələ oturdacağı və iqtisadiyyatları canlandıracağı qeyd olunub.


Bəyanatda, razılaşmanın ABŞ-nin narahatlıqlarını aradan qaldıracağı və ticarət balanssızlıqlarını həll etməkdə qətiyyəti əks etdirdiyi bildirilib.


Eyni zamanda vurğulanıb ki, ABŞ və Aİ çərçivə razılaşmasını zamanla genişləndirə bilər, məqsəd isə bazara çıxışı yaxşılaşdırmaq, ticarət və investisiya əlaqələrini artırmaqdır.


Açıqlamada qeyd edilib ki, Aİ ABŞ-nin bütün sənaye mallarına tətbiq olunan gömrük rüsumlarını aradan qaldıracaq, süd məhsulları, təzə və emal olunmuş meyvə-tərəvəzlər, emal olunmuş qidalar, toxumlar, soya yağı və ət də daxil olmaqla çoxsaylı ABŞ məhsullarına üstün bazar çıxışı təmin edəcək.


Bəyanatda həmçinin ABŞ-nin Aİ mənşəli məhsullara qarşı 15 faiz qarşılıqlı tarif tətbiq etməyi öhdəsinə götürdüyü diqqətə çatdırılıb.


Sentyabrın 1-dən etibarən ABŞ-nin Aİ-dən idxal edilən təbii resurslar, təyyarə və təyyarə hissələri, genetik dərmanlar və onların komponentləri, eləcə də kimyəvi maddələrə “ən çox üstünlük verilən ölkə” tarifini tətbiq edəcəyi vurğulanıb.


Həmçinin qeyd edilib ki, Aİ tarif endirimlərini həyata keçirmək üçün zəruri qanun layihəsini təqdim etdikdən sonra ABŞ Avropa mənşəli avtomobillər və avtomobil hissələri üzərindəki tarifləri azaldacaq.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər