00:00:00
Yazar
Admin User
09.09.2025 09:58 102 1 dəq oxuma
Dünya

Abbas Əraqçi Tunis və Misirdə regional məsələləri müzakirə edəcək

Abbas Əraqçi Tunis və Misirdə regional məsələləri müzakirə edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi regional dialoqu davam etdirmək və ikitərəfli münasibətləri möhkəmləndirmək üçün Tunis və Misirə səfər edəcək. O, Qahirədə AEBA rəhbəri Rafael Qrossi ilə əməkdaşlıq çərçivəsini müzakirə edəcək, həmçinin Misir Prezidenti Əbdül Fəttah əs-Sisi və digər rəsmilərlə siyasi danışıqlar aparacaq.

 

Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, İran çalışır ki, Ərəb dövlətləri ilə münasibətləri yaxşılaşdırsın:

 

“Ola bilər ki Fələstin məsələsi müzakirə edilsin və ya İran Misir və İsraillə vasitəçilik istəsin. Çünki yaxın vaxtlarda Misir yenidən İsrail neftini almağa başlayıb. İsrail Azərbaycandan neft alır, onu da satır. İsrail hər şeydən pul qazanmağa çalışır. Misir Fələstində qardaşlarının qətlə yetirilməsinə baxmayaraq, Misirin indiki prezidenti Sisi İsraillə bu əməkdaşlığı genişləndirir və bu da Misirin İsraildən asılılığını daha da gücləndirir”.

 

Politoloqun sözlərinə görə, bu bir daha müasir dünyada ərazinin, əhalinin böyüklüyü yox, ölkələrin iqtisadi, hərbi gücünün göstəricisidir:

 

“İran və Tunis də ciddi heç nəyə təsir edə bilməyən ölkələrdir. İran da Ərəb dövlətləri ilə münasibətləri İslam Təşkilatı Konfransında mövqeyini gücləndirmək, həmçinin İsraillə münasibətdə vasitəçilik üçün Misirdən istəyə bilər”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər