00:00:00
Yazar
Admin User
05.09.2025 14:06 97 1 dəq oxuma
Siyasət

ABŞ Avropa ölkələrinə müdafiə yardımını kəsəcək

ABŞ Avropa ölkələrinə müdafiə yardımını kəsəcək

"Birləşmiş Ştatlar Şərqi Avropa ölkələrində qoşunların hazırlanması və silahlandırılması proqramlarını artıq maliyyələşdirməyəcək. Pentaqon rəsmiləri keçən həftə bununla bağlı avropalı diplomatları məlumatlandırıblar", - məqalədə deyilir.

 

Mövzu ilə bağlı politoloq Elman Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, artıq Amerika Avropanı lap da sıxışdırır:

 

“Mən bilirdim ki, Tramp AB-ni sıxacaq. Qərbi sıxışdıraraq Ukraynaya yardımları dayandıracaq və nəticədə Rusiyanın əl-qolu uzanacaq. Əgər Amerika bu dediyini reallaşdırsa, Rusiyanın genişlənməsi baş verəcək. Beləliklə iki cəbhə yaranacaq. Bir tərəfdə Rusiya, Çin və Ş. Koreya digər tərəfdə AB. Amerikanın istədiyi bəlkə də budur. Bunları siyasi meydnda toqquşduraraq zəiflətmək. Birinci, ikinci dünya müharibələrini yada salaq. Qazanclı çıxan Amerika olub. Yəni NATO Rusiya, Çin, Ş.Koreya qarşıdurması yaratmağa çalışır. Özü isə müdaxilə etməyəcək, artıq Amerikaya olan inam itib. Sadəcə naəlacdırlar. Özləri də bilir Amerika həmişəki Amerikadır. Sadəcə Qərb heç vaxt bütövləşmə, vahidlik anlayışını düzgün tərbiq edə bilməyib”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər