00:00:00
Yazar
Admin User
20.08.2025 16:55 103 1 dəq oxuma
Dünya

ABŞ BCM rəsmilərinə sanksiya tətbiq edib

ABŞ BCM rəsmilərinə sanksiya tətbiq edib

ABŞ, İsrailə qarşı aparılan istintaqla bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) dörd rəsmisinə sanksiya tətbiq edib.

 

Məsələ, ötən ilin noyabrında BCM tərəfindən İsrailin Baş naziri Benyamin Netanyahu, sabiq müdafiə naziri Yoav Qallant və HƏMAS lideri İbrahim əl-Məsri barəsində Qəzzada törədildiyi iddia olunan müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə həbs orderləri verilməsindən sonra gündəmə gəlib.

 

Netanyahunun həbs orderinə dair ilkin iclaslara hakim Giullou rəhbərlik edib. Prokuror müavinləri Khan və Nianq da sanksiya siyahısında yer alıblar.

 

Bu addım, ABŞ-nin təxminən üç ay əvvəl BCM-in dörd digər hakiminə qarşı sanksiya tətbiq etməsindən sonra atılıb. Vaşinqton həmin vaxt məhkəmənin ABŞ və İsrailə qarşı “qanunsuz və əsassız addımlarını” əsas gətirib.

 

BCM əvvəlki sanksiyaları məhkəmə müstəqilliyinə qarşı müdaxilə kimi qiymətləndirib. Lakin məhkəmə bu dəfəki addımla bağlı hələ ki, açıqlama verməyib.

 

Yeni sanksiyalar həmin şəxslərin ABŞ-dakı aktivlərinin dondurulmasını və Amerika maliyyə sisteminə girişinin məhdudlaşdırılmasını nəzərdə tutur.

 

ANEWZ 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər