ABŞ bu ölkədə qoşun yerləşdirmək istəyir
"Biz ABŞ hərbçilərinin Ekvadorda uzunmüddətli əsasda yerləşdirilməsinin mümkünlüyü barədə danışdıq, təbii ki, Ekvador hökuməti ilə əməkdaşlıqda...", - Rubio deyib.
Onun sözlərinə görə, bu, hərbi heyətin birgə hazırlanması, əməliyyatların aparılması və ümumi təhlükələrə cavab verilməsi üçün imkanlar yaradacaq.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Ekvador Cənubi Amerikada yerləşir:
“Bu ölkə demək olar ki, bir sıra ölkələrlə: Kolumbiya, Peru ilə qonşudur və Amerikanın son vaxtlar özünə çəkilməsi, daha doğrusu Amerika qitəsinə çəkilməsi və Amerika qitəsinin yeniden sanki digər dövlətlərdən ayırma cəhdlərini nəzərə alsaq, Amerikanın bu addımı başa düşüləndir. Amerika Birləşmiş Ştatları dünyada 800-dən çox hərbi bazası olmasına rəğmən artıq dünyanın jandarımı olmaq istəmir, amma bu o anlama gəlmir ki, ümumiyyətlə Amerika bütün dünyadan geri çəkilmək fikrindədir. Əslində o Amerika qitəsində güclənmək istəyir, möhkəmlənmək istəyir. O cümlədən, Cənubi Amerikanıda özünün maraq dairəsinə, nüfus dairəsinə aid hesab edir və burda daha çox Çinin eyni zamanda Rusiyanın və digər dövlətlərin mövqelərini zəiflətməyə çalışır. Yəni bu baxımdan Amerikanın yenidən Ekvadorda hərbi baza qurmaq planı başa düşüləndir. Əslində burda Amerikanın bazası olubdur, amma 2009-cu ildə o dövrdəki prezident tələbi ilə hərbi baza ordan çıxarılıb. Amma indi yenidən sanki Ekvadorla Amerika arasında münasibətlər pisləşməyə başlayıb. Dövlət katibinin Xarici İşlər Nazirliyi ilə birgə mətbuat konfransında bunu bəyan edibdir ki, əgər Ekvador onları dəvət edərsə, onlar yenidən burda hərbi baza yaratmağı nəzərdən keçirə bilərlərlər”.
Həmçinin şərhçi qeyd edib ki, əslində Cənubi Amerika daha çox Amerikanın çoxsu ilə terrorçu və narkotika təhlükəsi, təhdidi yaradan bir region kimi qiymətləndirilir
“Elə bu hərbi bazanın yaradılmasında əsas məqsədlər sadalananda məhz cinayətkarlığa, terrorizmə, narko ticarətə qarşı birgə mübarizə aparmaq üçün eyni zamanda bu geniş təhlükəsizlik qüvvələrini gücləndirmək üçün bu hərbi bazanın açılması ideyası gündəmə gəlibdir. Yəni bir sözlə, belə hesab etmək olar ki, Amerika Birləşmiş Ştatları Amerika qitəsində yenidən güclənmək istəyir və yəqin ki, elə Çinində Rusiyanında orda təsirlərini zəiflətmək istəyir, ona görə də bütün qitənin hər bir yerində istəyir ki, hərbi bazaları olsun. Bu bazaların yaranması düşünmürəm ki, bölgədə gərginliyə yol açsın, çünki hələ də Amerika dünyanın 1 nömrəli dövlət hesab olunur və onun hərbi bazalar açma, müxtəlif bölgələrə təsir etmə imkanları hələlik etirazlarla qarşılanmır. Ən azı bele kollektiv etirazlar yoxdur və təbii ki, Cənubi Qafqazın Amerika ilə müəyyən probləmləri var, amma bütün hallarda Ekvadorda, əgər hökümət istəyəcəksə Amerikanın hərbi bazası olacaq və bu təbii ki, həm özünün həm də Ekvadorun təhlükəsizliyi baxımından yəqin ki, nəzərdə tutulur”.
Aytac İbrahimova