00:00:00
Yazar
Admin User
04.09.2025 19:10 136 1 dəq oxuma
Dünya

ABŞ bu ölkədə qoşun yerləşdirmək istəyir

ABŞ bu ölkədə qoşun yerləşdirmək istəyir

ABŞ Ekvadorda hərbi baza yaratmaq və qoşunlarını ora köçürmək imkanını nəzərdən keçirir.


"İnformator.az" xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio bu ölkənin xarici işlər naziri Qabriela Sommerfeldlə birgə mətbuat konfransında bildirib.

 

"Biz ABŞ hərbçilərinin Ekvadorda uzunmüddətli əsasda yerləşdirilməsinin mümkünlüyü barədə danışdıq, təbii ki, Ekvador hökuməti ilə əməkdaşlıqda...", - Rubio deyib.

 

Onun sözlərinə görə, bu, hərbi heyətin birgə hazırlanması, əməliyyatların aparılması və ümumi təhlükələrə cavab verilməsi üçün imkanlar yaradacaq.


O xatırladıb ki, ABŞ əvvəllər burada hərbi baza saxlayıb, lakin 2009-cu ildə ölkənin keçmiş prezidenti Rafael Korreanın (2007-2017) tələbi ilə qoşunları çıxarmağa məcbur olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər