00:00:00
Yazar
Hüseynova Mələk
22.10.2026 20:20 22 1 dəq oxuma
Dünya

ABŞ-Çin münasibətləri: Rəqabətdən üçtərəfli diplomatiyaya doğru

ABŞ-Çin münasibətləri: Rəqabətdən üçtərəfli diplomatiyaya doğru

Müasir qlobal siyasətin və iqtisadiyyatın oxunda dayanan ABŞ-Çin münasibətləri təkcə iki gücün deyil, bütün dünya bazarının taleyini müəyyən edir. İllərdir davam edən ticarət rəqabəti, texnoloji hegemonluq uğrunda mübarizə və geosiyasi gərginliklər fonunda tərəflər arasında həm kəskin qarşıdurma, həm də dialoq zərurəti paralel şəkildə inkişaf edir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, böyük dövlətlər arasında hər nə qədər münasibətlər gərgin olsa da,  təkcə iki dövlətin münasibəti müstəvisində baxılmamalıdır:

 

"Bu, böyük perspektivlər vəd edilən və dünyanın sosial-iqtisadi və siyasi vəziyyətini dəyişəcək bir hadisədir. ABŞ və Çin dünyada əsas fövqəldövlətlərdir və onların arasındakı münasibətlər dünyanın nizamına və beynəlxalq münasibətlərə, geosiyasi sistemə ciddi şəkildə təsir göstərir. Bu sadəcə iki tərəfli münasibətlər müstəvisində baş verir. Əlbəttə ki, burada çox ciddi məsələlər müzakirə olunur. İki dövlət arasında olan münasibətlər yox, ümumdünya miqyaslı məsələlər. Çin və ABŞ liderləri arasında keçirilən görüşlərə, ümumi beynəlxalq siyasətə ciddi təsir edəcək”.

 

Xədicə İsmayılova

 

#ABŞ #Çin #diplomatiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər