00:00:00
Yazar
Admin User
02.11.2025 16:25 118 1 dəq oxuma
Dünya

ABŞ Çinin nadir yeraltı metallardan asılılığını aradan qaldırmaq niyyətindədir

ABŞ Çinin nadir yeraltı metallardan asılılığını aradan qaldırmaq niyyətindədir

ABŞ iki il ərzində Çinin nadir yeraltı metallardan asılılığını aradan qaldırmaq niyyətindədir.


"İnformator.az”ın məlumatına görə, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent CNN-ə müsahibəsində bildirib.


"Növbəti bir-iki il ərzində sürətlə irəliləyəcəyik və Çinin başımız üzərində tutduğu qılıncdan yayınacağıq. Çinlə əlaqələri kəsmək istəmirik, amma riskləri azaltmalıyıq, çünki onlar bir çox sahədə etibarsız tərəfdaş olduqlarını sübut ediblər", - o deyib.


S.Bessentin sözlərinə görə, Vaşinqton bu məsələni həll etmək üçün Qərb ölkələri, həmçinin Hindistanla birləşmək niyyətindədir.


"Bütün Qərb demokratiyaları, Asiya demokratiyaları və Hindistan öz təchizat zəncirlərini yaratmağa çalışmaqda bizə qoşulacaqlar", - nazir bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər