00:00:00
Yazar
Hüseynova Mələk
29.10.2026 21:24 23 1 dəq oxuma
Dünya

Rusiya dronunun Ukraynada dəmir yolu stansiyasına hücumu nəticəsində 14 nəfər ölüb

Rusiya dronunun Ukraynada dəmir yolu stansiyasına hücumu nəticəsində 14 nəfər ölüb

Ukraynanın Dnipro şəhərindəki əsas dəmir yolu stansiyasına Rusiya dronunun hücumu nəticəsində azı 14 nəfər həlak olub, 14 nəfər yaralanıb.

 

Ukrayna rəsmilərinin məlumatına görə, zərbə sərnişin qatarının dayandığı platformaya endirilib. Yaralananlar arasında 11 yaşlı uşaq da var. Ukraynanın dövlət dəmir yolu operatoru bildirib ki, hadisə zamanı Zaporojye şəhərinə gedən sərnişin qatarı platformada olub.

 

Ukrayna Prezidenti Volodimir Zelenski hücumu pisləyərək ABŞ-ni, Avropa ölkələrini və G7 dövlətlərini Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb. Rusiya tərəfi hadisə ilə bağlı açıqlama verməyib. Moskva Ukraynanın dəmir yolu infrastrukturuna hücumların hərbi məqsədlər daşıdığını bildirsə də, mülki əhalini qəsdən hədəfə aldığını inkar edir.

 

Bundan başqa, Ukraynanın Çerniqov şəhərinin mərkəzinə raket hücumu nəticəsində 15 yaşlı iki qız həlak olub, azı 11 nəfər yaralanıb.

 

BBC

Fatimə Hüseynova

 

 

 

 

 

#Rusiya #Ukrayna #dron
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər