00:00:00
Yazar
Admin User
30.10.2025 18:12 122 2 dəq oxuma
Dünya

ABŞ Cənubi Çin dənizində HIMARS-la güc nümayişinə hazırlaşır

ABŞ Cənubi Çin dənizində HIMARS-la güc nümayişinə hazırlaşır

ABŞ Pekinə güc nümayiş etdirmək məqsədilə Cənubi Çin dənizində HIMARS raket sistemindən istifadə edərək dəqiq zərbə endirə bilər. Bu barədə “CBS News” mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, ABŞ Hind-Sakit Okean Komandanlığı Çin təcavüzünə cavab olaraq güc nümayişi əmri verib. Zərbənin Skarboro rifi yaxınlığında baş tutacağı ehtimal olunur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki,tərəflərin bir-birinə qarşı silahlardan istifadə etmə potensialı çox yüksəkdir, lakin imkanları çox aşağıdır:

 

"Ən azından ballistik roketlərə sahibdir hər ikisi. Və Birləşmiş Ştatların istənilən şəhərini vura biləcək Çin nüvə başlığı daşıyan uzaq mənzili ballistik roketləri var. O HIMARS-lardan daha dağıdıcı gücə malik silahlar var. Ətraf coğrafiyalarda demək olar ki, Çini 4 tərəfdən Rusiya istisna olmaqla, mühasirəyə alıbdır, Birləşmiş Ştatlar. Amma ən adi Tayvan üzərində toqquşma yaranarsa, o toqquşmanın bədəllərini ABŞ-lə yanaşı Çin, ya da Çinlə yanaşı ABŞ, sonra da bölgədəki Yaponiya, Cənubi Koreya, Şimali Koreya-hamısı o bəddəlləri ağır ödəyə bilər. O baxımdan axı o güc balansını yaratmağın başqa formalarını ABŞ tapır. Buna Çini mühasirəyə almaq, sanksiyalar, bölgə dövlətləri ilə əməkdaşlıq və bölgədə ittifaq yaratmaq. AUKUS plan hamısı bunların tərkib hissəsindədir. Yəni prosesə belə baxanda görə bilərik ki, ticarət savaşları ən optimal yoldur. Çünki silahla iki dövlətin rəqabətini çözə bilmək mümkün deyil".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər