ABŞ-də 100 min dollarlıq viza rüsumunun kimlərə təsir edəcəyi müəyyənləşib
Ağ Evin sözçüsü Karoline Leavitt, mövcud H-1B vizası sahiblərinin yenilənmə üçün rüsum ödəməyəcəklərini qeyd edərək, ABŞ prezidenti Donald Trampın elan etdiyi 100 min dollarlıq rüsumun yeni müraciət edənləri əhatə etdiyini bildirib.
Leavitt, ABŞ mərkəzli X şirkətinin sosial media platformasındakı paylaşımında “H-1B” iş vizaları üçün artan müraciət haqqı ilə bağlı açıqlama verib.
Viza üçün 100 min dollarlıq ödənişin illik deyil, birdəfəlik ödəniş olacağını bildirən Leavitt, "Hazırda H-1B vizasına sahib olan, lakin müvəqqəti olaraq ölkə xaricində olanlar yenidən daxil olduqdan sonra 100 min dollar ödəməyəcəklər" dedi.
Leavitt qeyd edib ki, rüsum tənzimlənməsi yenilənmiş vizaları əhatə etməyəcək və 100 min dollarlıq rüsum yalnız yeni müraciətlər üçün alınacaq.
ABŞ prezidenti Donald Tramp sentyabrın 19-da yüksək ixtisaslı işçiləri ölkədə işləməyə cəlb etmək üçün nəzərdə tutulmuş H-1B iş vizası proqramına müraciət etmək üçün şirkətlər üçün müraciət haqqını artıran sərəncam imzalayıb.
Sərəncamda “H-1B” viza proqramının ABŞ-yə yüksək ixtisaslı işçilər gətirmək üçün nəzərdə tutulduğu, lakin bu proqramdan son illərdə sui-istifadə edildiyi, ölkənin iqtisadiyyatına və milli təhlükəsizliyinə mənfi təsir göstərdiyi bildirilib.
Hürriyet
Samirə Allahverdizadə