00:00:00
Yazar
Admin User
06.11.2025 16:47 290 2 dəq oxuma
Siyasət

ABŞ-də hökumət böhranı dərinləşir

ABŞ-də hökumət böhranı dərinləşir

ABŞ-də federal hökumətin fəaliyyətinin qismən dayandırılması ölkə gündəminin əsas mövzusuna çevrilib. 1 oktyabr gecə yarısından qüvvəyə minən “şatdaun” nəticəsində bir çox dövlət qurumları fəaliyyətini müvəqqəti dayandırıb. Bu hadisə ABŞ tarixində ən uzunmüddətli hökumət bağlanması kimi qeydə alınıb və Donald Trampın prezidentliyi dövründə, 2018-2019-cu illərdə yaşanan əvvəlki rekordunu təzələyib.

 

 Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Tramp administrasiyasının indiki dövründə cürbəcür siyasi ziqzaqların olması, bəzi qeyri siyası addımların atılması, həm daxili həm də xarici siyasətdə özünü büruzə verir və dünyanın diqqətini çəkir:

 

"Belə ki, əsasən maliyyə hesabatı məsələləri ilə bağlı mövcud vəziyyətə görə hökumət fəaliyyətini qismən dayandırıb. 4 noyabr saat 20:24-ə qədər federal hökumətin fəaliyyətini bərpa etməyə imkan verəcək maliyyə qanun layihəsi isə hələ də Konqres tərəfindən razılaşdırılmayıb. Bu böhran hər şeydən öncə hazırda ABŞ hökumətinin fəaliyyətində hansısa siyasi narahatlıqların, ziddiyətlərin olduğunu göstərir. Hökumətin fəaliyyətinin dayanması ABŞ-nin "supergüc" obrazına və qlobal nüfuzuna təbii ki, xələl gətirir və şübhə altına alır. Məsələn, Şimali Koreyada və ya Çində belə şey ola bilməzdi. Şübhəsiz ki, bu problem aradan qalxacaq, səbəbini də müxtəlif manipulyasiylarla izah edəcəklər. Ancaq həqiqət və reallıq ondan ibarətdir ki, ABŞ-nin özündə siyasi gərginlik var. Siyasi partiyaların özü yaxud hakimiyyətin daxilindəki dairələr müəyyən böhran vəziyyətinə nəzarət edərək nəyisə təqib etmək istəyir".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər